...

Kanadada yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 19 Mart 2023 03:38 (UTC +04:00)
Kanadada yük qatarı relsdən çıxıb

Bakı. Trend:

Kanadanın Ontario vilayətində yük qatarının bir neçə vaqonu relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.

Hadisə Port-Kolborn şəhəri yaxınlığında baş verib. Telekanal tərəfindən yayılan qəza yerindən fotolarda taxıl daşıyan azı iki vaqonun relsdən çıxdığı görünür.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti