...

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 Mart 2023 05:08 (UTC +04:00)
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonunda olub. Yeraltı təkanların ocağı 7,34 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti