...

Makron aprelin 3-də Parisdə Avropa Komissiyasının prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 1 Aprel 2023 23:17 (UTC +04:00)
Makron aprelin 3-də Parisdə Avropa Komissiyasının prezidenti ilə görüşəcək

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron gələn həftə Çinə birgə səfərə hazırlıq məqsədilə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni aprelin 3-də Parisdə qəbul edəcək.

Trend xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

"Respublika Prezidenti aprelin 3-də Yelisey sarayında Avropa Komissiyasının sədri ilə görüşəcək. Bu görüş aprelin 5-dən 8-dək Çinə baş tutacaq dövlət səfərinə hazırlıq çərçivəsində keçiriləcək", - deyə E.Makronun administrasiyasından bildirilib.

Qeyd edilib ki, Ursula fon der Lyayen və Emmanuel Makron Çin prezidenti Si Cinpinlə üçtərəfli görüşdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti