...

Demokratlar ABŞ prezidentliyinə namizədlərini 2024-cü ilin avqustunda açıqlayacaq

Dünya xəbərləri Materials 11 Aprel 2023 22:34 (UTC +04:00)
Demokratlar ABŞ prezidentliyinə namizədlərini 2024-cü ilin avqustunda açıqlayacaq

Bakı. Trend:

ABŞ Demokratik Partiyasının Konfransı 2024-cü il avqustun 19-22-də Çikaqoda keçiriləcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Chicago Sun-Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, sözügedən konfransda demokratlar ABŞ prezidentliyinə namizədlərini açıqlayacaqlar.

Bildirilir ki, Ağ Ev konfransın keçirilməsi ilə bağlı artıq şəhər rəhbərliyinə məlumat verib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Co Bayden bir neçə dəfə 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirsə də, hələlik namizədliyinin rəsmi irəli sürülməsini təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti