...

Türkiyə NATO-dakı vəzifələrini tam yerinə yetirir - Hulusi Akar

Dünya xəbərləri Materials 13 Aprel 2023 14:40 (UTC +04:00)
Türkiyə NATO-dakı vəzifələrini tam yerinə yetirir - Hulusi Akar

Bakı. Trend:

Türkiyə NATO - dakı vəzifələrini tam şəkildə yerinə yetirir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Antakyada NATO-nun qurduğu çadır şəhərciyinin açılış mərasimində iştirakı zamanı deyib.

"Türkiyə NATO-nun 70 ildən artıqdır ki, fəal və etibarlı üzvüdür. NATO-nun təkcə hərbi təşkilat olmadığını, həm də humanitar yardımda nə qədər təsirli olduğunu içində olduğumuz obyektlə görürük. Çətin anlarda həmrəylik vacibdir. Bu çətin günlərdə birlikdə olmaq, əməkdaşlıq etmək, həmrəy olmaq çox vacibdir. Bunu da NATO-dan və bütün müttəfiqlərimizdən gördük",- deyə Akar bildirib.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlərdən sonra təhsil sistemində yaranan fasilələrin tez bir zamanda aradan qaldırılması məqsədi ilə NATO-nun orta məktəb şagirdlərinin yerləşdirilməsi və təhsil alması üçün 2400 nəfərlik çadır şəhərciyi məktəb və sinif otağı kimi Türkiyə Milli Təhsil Nazirliyinə təhvil verilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 399-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti