...

Azərbaycan başda olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar

Dünya xəbərləri Materials 16 Aprel 2023 04:08 (UTC +04:00)
Azərbaycan başda olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar

Bakı. Trend:

Biz təkcə terrorla mübarizədə deyil, eyni zamanda başda Azərbaycan olmaqla, Liviya, Somali, Qətər və Bosniyadakı dost və qardaşlarımızın haqq işində yanında olmağa davam edirik və davam edəcəyik.

Trend xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türk Ordusu 24 iyul 2015-ci il tarixindən bu yana 37 min 732 terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti