...

İHH 1 milyondan çox insana iftar və sahur süfrəsi paylayıb

Dünya xəbərləri Materials 17 Aprel 2023 16:45 (UTC +04:00)
İHH 1 milyondan çox insana iftar və sahur süfrəsi paylayıb

Bakı. Trend:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH Humanitar Yardım Vəqfi zəlzələdən zərər çəkmiş vilayətlərdəki mobil mətbəxlərdə yaşayan vətəndaşlara Ramazan ayının əvvəlindən bu yana hər gün iftar və sahur süfrələri təqdim edir. Ramazan ayının başından bu zamana qədər İHH-nın 6 vilayətdəki 18 aşxanasında təxminən 1,2 milyon insana iftar və sahur süfrəsi paylanıb.

Trend xəbər verir ki, İHH Hatayda 4, Kahramanmaraşda 5, Adıyamanda 2, Malatyada 3, Şanlıurfada 1 və Qaziantepdə 2 mobil mətbəxlərdə hər gün cəmi 51 min iftar və sahur süfrəsi verib.

İHH Ramazan ayının sonuna qədər zəlzələdən zərər çəkmiş vilayətlərdə 250 mindən çox vətəndaşa iftar və sahur süfrəsi açmağı hədəfləyir.

Xeyriyyəçilər zəkat, fitrə, sədəqə və paylarını Türkiyədə və dünyanın müxtəlif yerlərində ehtiyacı olan müsəlmanlara bağışlayaraq Ramazan ayında İHH-nin kampaniyalarına dəstək ola bilərlər.

Yardım etmək üçün:

- FITRE yazıb 4072 nömrəsinə SMS göndərməklə 70 TL,

- İFTAR yazıb 4072 nömrəsinə SMS göndərməklə 70 TL,

KUMANYA, BAYRAMLIK və ya İFTAR sözlərindən birini yazıb 3072 nömrəsinə SMS göndərməklə 10 TL töhfə verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti