...

Rusiya ticarətdə kriptovalyutaların istifadəsini sınaqdan keçirəcək

Dünya xəbərləri Materials 20 Aprel 2023 10:27 (UTC +04:00)
Rusiya ticarətdə kriptovalyutaların istifadəsini sınaqdan keçirəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina kripto pulların xarici ticarətdə istifadə olunacağını açıqlayıb.

Trend-in məlumatına görə, Rusiya Mərkəzi Bankının prezidenti bildirib ki, təcrübə mərhələsində iştirak edən şirkətlərə nəzarət etmək üçün xüsusi tənzimləyici orqanlar yaradılacaq. E.Nabiullina rəqəmsal rublun sınaq mərhələsindən sonra mövcud olacağını bildirib.

E.Nabiullina kriptovalyutaların ticarətdə istifadəsi üçün qanun layihəsinin artıq hazırlandığını da açıqlayıb.

Bildirilir ki, sınaq prosesində həm dövlət qurumları, həm də özəl şirkətlər iştirak edə bilər. Layihənin təfərrüatlarının yaxın günlərdə açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti