...

Yəməndə izdihamda azı 80 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Aprel 2023 01:38 (UTC +04:00)
Yəməndə izdihamda azı 80 nəfər ölüb

Bakı. Trend:

Yəmənin paytaxtı Sənada Ramazan xeyriyyə tədbirində atışma və elektrik stansiyasında partlayış baş verib.

Trend xəbər verir ki, bunun nəticəsində izdihamda 80 nəfər həlak olub, 97 sakin yaralanıb.

Ərzaq yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb. Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb.

Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib.

Şəhərə nəzarət edən husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət insidentin araşdırılması üçün daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaratmağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti