...

ABŞ Çinlə kommunikasiya kanallarını genişləndirmək istəyir - Ağ Ev

Dünya xəbərləri Materials 25 Aprel 2023 01:15 (UTC +04:00)
ABŞ Çinlə kommunikasiya kanallarını genişləndirmək istəyir - Ağ Ev

Bakı. Trend:

ABŞ Çinlə kommunikasiya kanallarının genişləndirilməsində, o cümlədən hərbi kommunikasiyaların bərpasında maraqlıdır.

Trend xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Söhbət ABŞ və Çin arasında kommunikasiya kanallarından gedir, onlar müxtəlif səviyyələrdə açıq qalır. Və onlar açıq qalmalıdırlar. Əslində, biz ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin kəsdiyi hərbi kommunikasiya da daxil olmaqla kommunikasiya kanallarının genişlənməsini və dərinləşməsini görmək istərdik", - deyə C.Kirbi bildirib.

C.Kirbi əlavə edib ki, ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə Çin prezidenti Si Cinpinlə telefon danışığını gözləyir.

"İki lider arasında telefon danışığı hər iki liderin məqsədəuyğun hesab etdiyi vaxtda baş tutacaq", - deyə C.Kirbi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti