...

Türkiyənin müdafiə naziri və kəşfiyyat rəhbəri Moskvada səfərdədir

Dünya xəbərləri Materials 25 Aprel 2023 12:17 (UTC +04:00)
Türkiyənin müdafiə naziri və kəşfiyyat rəhbəri Moskvada səfərdədir

Bakı. Trend:

Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşü ilə bağlı Moskvada rəsmi səfərdədir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin də iştirak edəcəyi gözlənilir.

Məlumata əsasən, Hulusi Akar iclas çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Qeyd edək ki, dekabrın 28-də Moskvada Türkiyə-Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti