...

Türkiyə regionda sülhün və stabilliyin təmini üçün hər şey etməyə hazırdır - Akar

Dünya xəbərləri Materials 26 Aprel 2023 11:29 (UTC +04:00)
Türkiyə regionda sülhün və stabilliyin təmini üçün hər şey etməyə hazırdır - Akar

Bakı. Trend:

Suriyada fəaliyyətimizin tək səbəbi terrorçularla, xüsusilə PKK/YPG/PYD və İŞİD terror təşkilatları ilə mübarizə aparmaqdır və terrorçuları tam zərərsizləşdirənə qədər işimizə davam edəcəyik.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvada keçirilən dördlü görüşdən sonra bildirib.

"Ölkəmizdəki suriyalı vətəndaşların könüllü və təhlükəsiz şəkildə öz evlərinə və torpaqlarına qayıtmalarını təmin etməyi hədəfləyirik", - deyə o əlavə edib.

Nazir onu da qeyd edib ki, Türkiyə regionda sülhü və stabilliyi təmin etmək üçün əlindən gələni etməyə davam edəcək.

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşü ilə bağlı aprelin 25-də Moskvaya səfər edib.

Görüş zamanı tərəflər Suriyada təhlükəsizliyin gücləndirilməsi və hər cür terror təşkilatı və ekstremist qruplarla mübarizə, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması sahəsində atılacaq konkret addımlar, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində işlərin genişləndirilməsi məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti