...

İraq və Suriyada yeganə hədəfimiz terrorçulardır – Hulusi Akar

Dünya xəbərləri Materials 27 Aprel 2023 09:20 (UTC +04:00)
İraq və Suriyada yeganə hədəfimiz terrorçulardır – Hulusi Akar

Bakı. Trend:

İstər şimali İraqda, istərsə də Suriyanın şimalında yeganə hədəfimiz terrorçulardır.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu haqda Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseri Ticarət Palatasının aprel ayı parlament iclası zamanı çıxış edərkən deyib.

“Son bir həftədə ölü və ya diri olaraq ələ keçirilən terrorçuların sayı 23-25-dir. Onların arasında böyük bir qaçış və çöküş var ki, bu, onların başçılarının çıxışlarından da görünür. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəyə davam edəcəyik və 40 ildir bu millətin başına gələn bu bəladan xilas olacağıq.” – deyə Akar qeyd edib.

O bildirib ki, Moskvada Suriyanın müdafiə naziri ilə danışıqlar zamanı şimali İraqda və Suriyanın şimalında yeganə hədəfimiz terrorçulardır.

“Bizim mübarizəmizi təhrif edirlər. Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatların Suriyadakı kürdlərə qarşı edildiyi deyilir. Belə bir şey qətiyyən yoxdur. Biz bu məsələdə çox həssasıq. Bizim yeganə hədəfimiz terrorçulardır” – deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti