...

Yunanıstanda taksi sürücüləri "Uber"in işçilərinə hücum ediblər

Dünya xəbərləri Materials 30 Aprel 2023 02:57 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın Rodos adasında yerli taksi sürücüləri beynəlxalq "Uber" şirkətinin işçilərinə hücum edərək 15-ə yaxın avtomobilə ziyan vurublar.

Trend-in məlumatına görə, bu barədə ölkənin "newsit.gr" xəbər saytı bildirib.

Məlumata əsasən, "Uber" şirkəti tərəfindən idarə olunan "Cool Rodos" şirkətindən olan sürücü başqa birliyin taksi sürücüləri tərəfindən hücuma məruz qalaraq ağır yaralanıb. Onlar, həmçinin 15 ədəd "Cool Rhodes" şirkətinin avtomobilinə və ofisinə ziyan vurublar.

Taksi sürücüləri şirkət adanı tərk edənə qədər etiraz aksiyalarını davam etdirmək niyyətində olduqlarını bildirdikləri üçün polis yüksək hazırlıq vəziyyətinə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti