...

Sabah İstanbulda "taxılı sazişi" ilə bağlı görüş keçiriləcək - Hulusi Akar

Dünya xəbərləri Materials 4 May 2023 23:52 (UTC +04:00)
Sabah İstanbulda "taxılı sazişi" ilə bağlı görüş keçiriləcək - Hulusi Akar

Bakı. Trend:

Sabah İstanbulda BMT, Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında taxıl sazişinə həsr olunacaq texniki səviyyədə görüş keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

"Nazirlər müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynanın texniki heyətinin iclasının keçirilməsi zərurəti yaranıb. Bu görüş sabah baş tutacaq. Onun ardınca gələn həftə nazir müavinlərinin iclası keçiriləcək", - deyə H.Akar qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti