...

Hulusi Akar daha 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

Dünya xəbərləri Materials 6 May 2023 00:28 (UTC +04:00)
Hulusi Akar daha 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

Bakı. Trend:

Türkiyə hərbçilərinin növbəti əməliyyatı zamanı ötən gecə 5 terrorçu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, son 3 gün ərzində İraq və Suriyada zərərsizləşdirilən terrorçuların ümumi sayı 13-ə çatıb.

Nazir vurğulayıb ki, Türkiyə ordusu əhalinin və dövlətin təhlükəsizliyini qorumaq üçün əlindən gələni edir.

"Biz bilirik ki, terrorçular sifarişlə hərəkət edirlər. Bu qanlı təşkilatlar sistemli şəkildə məhv etdiyimiz anti-Türkiyə qüvvələrinin əlində bir alətdir. Daxil olan məlumatlara görə, terrorçuların liderləri artıq öz "sifarişçilərinə" qurtuluş üçün yalvarırlar", - deyə H.Akar bildirib.

O xatırladıb ki, Türkiyə ordusu İraqın şimalında terrorçuların sığınacaqlarını məhv edir, həmçinin Suriyanın şimalında terrorçuların nəzarətində olan zona yaratmaq planlarını da puça çıxarıb.

"Terror bitməyib. Eyni əzmlə əməliyyatlarımızı davam etdirəcəyik", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti