...

İsrail HHQ Qəzzada "İslam Cihadı"nın hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Materials 9 May 2023 06:11 (UTC +04:00)
İsrail HHQ Qəzzada "İslam Cihadı"nın hədəflərinə zərbələr endirib

Bakı. Trend:

İsrail aviasiyası çərşənbə axşamı səhər Qəzza zolağında "İslam Cihadı" qruplaşmasının bir neçə hədəfinə zərbələr endirib.

Ternd xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.

“Politico” şahidlərə istinadən xəbər verir ki, Qəzzada yaşayış binasının üst mərtəbəsi və Rəfah şəhərində yaşayış binası dağıdılıb.

Fələstin mediasının ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadən verdiyi məlumata görə, hava hücumları nəticəsində azı 10 fələstinli həlak olub, çoxlu sayda yaralı var.

“Politico” yazır ki, Qəzza zolağından raket hücumları gözləyən İsrail hərbçiləri Qəzzadan 40 km radiusda yerləşən yaşayış məntəqələrinin sakinlərinə xüsusi olaraq ayrılmış bomba sığınacaqlarına yaxın olmağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti