...

Rəqəmsal Kanada dolları üçün yeni mərhələ

Dünya xəbərləri Materials 10 May 2023 09:54 (UTC +04:00)
Rəqəmsal Kanada dolları üçün yeni mərhələ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Bankı (BoC) mərkəzi bank tərəfindən dəstəklənən rəqəmsal valyutanın (CBDC) həyat qabiliyyətini sınamağın yeni mərhələsinə keçib, yeni məsləhətləşmələrə başlayıb.

Trend-in məlumatına görə, açıqlamada, hazırda rəqəmsal Kanada dollarına ehtiyac olmadığı bildirilib. Rəqəmsal dolların buraxılması ilə bağlı qərarı parlament və hökumətin verəcəyi bildirilir. Nağd pulun heç yerə getmədiyini vurğulayan bank rəqəmsal dollar dövriyyəyə buraxılsa belə, əskinasların buraxılışının davam edəcəyini qeyd edib. Kanadada isə müxalifət CBDC-yə qarşı çıxır.

Bundan əlavə, bankın verdiyi açıqlamada dünyanın getdikcə daha çox rəqəmsallaşdığı qeyd olunub. Açıqlamada milli valyutanın rəqəmsal versiyasının araşdırıldığı bildirilib. Bildirilib ki, rəqəmsal Kanada dolları insanların etibarlı və sabit rəqəmsal ödəniş seçiminə malik olmasını təmin edəcək. Məsləhətləşmə iyunun 19-dək davam edəcək.

Mərkəzi banklar rəqəmsal ödənişləri özəl sektorun öhdəsinə buraxmamaq üçün CBDC işlərini sürətləndiriblər. Hazırda Çin CBDC sahəsində liderliyini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti