...

İlon Mask "Twitter" şirkətinin baş direktor vəzifəsini tərk edir

Dünya xəbərləri Materials 12 May 2023 06:34 (UTC +04:00)
İlon Mask "Twitter" şirkətinin baş direktor vəzifəsini tərk edir

Bakı. Trend:

ABŞ-ın "NBCUniversal" media korporasiyasının satış direktoru Linda Yakkarino "Twitter" şirkətinin yeni baş direktoru olmaq üçün danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib.

Nəşr qeyd edib ki, L.Yakkarino 10 ildən çox "NBCUniversal"da işləyib. Bütün karyerası boyunca o, reklamın effektivliyinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsinin tərəfdarı olmuşdu.

Qeyd edək ki, mayın 11-də "Twitter" şirkətinin sahibi İlon Mask eyniadlı şəbəkənin səhifəsində altı həftə ərzində baş direktor vəzifəsini tərk edəcəyini açıqladı, yeni namizəd artıq tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti