...

G7 ölkələri Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərini dayandırmaq niyyətindədir

Dünya xəbərləri Materials 13 May 2023 08:25 (UTC +04:00)
G7 ölkələri Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərini dayandırmaq niyyətindədir

Bakı. Trend:

G7 ölkələri Rusiyaya Ukrayna ətrafındakı vəziyyətə görə tətbiq edilən sanksiyalardan bu ölkənin yayınmaq cəhdlərini dayandırmaq niyyətindədirlər, həmçinin Kiyevə lazım olduğu qədər dəstək verməyi planlaşdırırlar.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın Niiqata şəhərində keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.

"Sanksiya tədbirlərimizdən yayınmaq və onları pozmaq üçün edilən istənilən cəhdə müqavimət göstərməyə hazırıq. Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", - deyə bəyanatda bildirilir.

Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir. İndiyədək Yaponiya tərəfi xarici işlər nazirləri və rəqəmsallaşma və texnologiya nazirləri də daxil olmaqla G7 nazirlərinin bəzi görüşləri keçirib.

Mayın 19-dan 21-dək G7 sammiti Xirosimada keçiriləcək. Sammitə həmçinin Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də dəvətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti