...

İsrail ilə Fələstin raket zərbələri endirməyə davam edirlər

Dünya xəbərləri Materials 14 May 2023 00:13 (UTC +04:00)
İsrail ilə Fələstin raket zərbələri endirməyə davam edirlər

Bakı. Trend:

Qəzza zolağından atılan raketlərə görə şənbə günü axşam İsrailin cənubunda hava hücumu sirenləri səslənir.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

Məlumata əsasən, zərbələrə görə məsuliyyəti Fələstinin "İslami Cihad" silahlı qruplaşması öz üzərinə götürüb.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağı ərazisinə hava zərbələri endirməkdə davam etdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti