...

ABŞ-ın dövlət borcu ilə bağlı razılaşmanı əldə etmək mümkündür - Nümayəndələr Palatasının spikeri

Dünya xəbərləri Materials 17 May 2023 02:24 (UTC +04:00)
ABŞ-ın dövlət borcu ilə bağlı razılaşmanı əldə etmək mümkündür - Nümayəndələr Palatasının spikeri

Bakı. Trend:

Bu həftənin sonuna kimi defoltun qarşısını almaq üçün ABŞ-da borc həddinin artırılması ilə bağlı razılaşmalar əldə etmək mümkündür, lakin hazırda tərəflər arasında hələ də ciddi fikir ayrılıqları var.

Trend-in məlumatına görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ağ Evdə ABŞ prezidenti Co Bayden və əsas ölkə qanunvericiləri ilə məsələni müzakirə etmək üçün keçirilən görüşdən sonra deyib.

"Həftənin sonuna qədər razılaşmanı əldə etmək imkanı var, razılaşmalar əldə etmək o qədər də çətin deyil", - deyə K.Makkartı qeyd edib.

Tərəflər arasında ciddi fikir ayrılıqlarının olub-olmaması ilə bağlı suala o, müsbət cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti