...

G7 iqtisadi məcburiyyətlə mübarizə aparmağı düşünür

Dünya xəbərləri Materials 20 May 2023 04:28 (UTC +04:00)
G7 iqtisadi məcburiyyətlə mübarizə aparmağı düşünür

Bakı. Trend:

G7 liderləri iqtisadi məcburiyyətlərə qarşı mübarizə aparmaq üçün yeni birgə platforma yaratmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında yeləşdirilən press-relizdə deyilir.

Məlumata əsasən, bu platforma digər dövlətlərin suveren işlərinə qarışmaq üçün iqtisadi məcburiyyətin zərərli istifadəsinə nəzarət edəcək. Buna misal olaraq "son vaxtlar öz iqtisadi gücündən istifadə edərək ölkələri, o cümlədən Avstraliya və Litvanı siyasi mübahisələri həll etməyə məcbur edən" Çin göstərilir.

Gözlənilir ki, yeni platforma iqtisadi məcburiyyətlərin yarandığı halda buna cavab olaraq G7-nin fəaliyyətlərinin koordinasiyasının əsas forumu olacaq. Həmçinin qeyd edilir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak G7 sammitində "ədalətsiz və məcburi ticarət təcrübələri"nə koordinasiyalı cavab verməyə çağıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti