...

İtaliyada daşqınlar səbəbindən 400 min ton taxıla ziyan dəyib

Dünya xəbərləri Materials 21 May 2023 04:35 (UTC +04:00)
İtaliyada daşqınlar səbəbindən 400 min ton taxıla ziyan dəyib

Bakı. Trend:

İtaliyanın şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 400 min ton taxıl məhv olunub.

Trend-in məlumatına görə, bu barədə "Coldiretti" kənd təsərrüfatı istehsalçıları assosiasiyası bildirib.

Məlumata əsasən, bütün milli buğda istehsalının üçdə biri Emilia-Romanyada cəmləşmişdir, burada bir çox sahələr ziyan çəkib.

Qeyd edilib ki, bu, İtaliyanın 60%-dən çoxunu ixrac etdiyi çörək və makaron istehsalına zərər verəcək.

"Beynəlxalq qeyri-sabitlik qarşısında milli tədarüklər təhlükə altında ola bilər", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti