...

İran Səudiyyə Ərəbistanına səfir təyin etdi

Dünya xəbərləri Materials 23 May 2023 09:08 (UTC +04:00)
İran Səudiyyə Ərəbistanına səfir təyin etdi

Bakı. Trend:

Əlirza Enayəti İran İslam Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri təyin olunub.

Trend xəbər verir ki, bu barədə "Mizan" xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Enayati bundan əvvəl xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Fars körfəzi ölkələri İdarəsinin rəisi vəzifələrində çalışıb. O, 2014-ci ildə İranın Küveytdəki səfiri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti