...

Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb

Dünya xəbərləri Materials 31 May 2023 03:52 (UTC +04:00)
Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb

Bakı. Trend:

Şimali Koreya raket buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, raketin Yaponiyanın Okinava adası istiqamətində buraxıldığı ehtimal edilir.

Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, bu, ballistik raket buraxılışı olub. Cənubi Koreya hərbçiləri dəqiqləşdiriblər ki, raket kəşfiyyat peykini orbitə çıxarmaq üçün nəzərdə tutulub.

Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın raketinin artıq yerə düşdüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti