Bakı. Trend:
Şimali Koreyanın mayın 31-də həyata keçirildiyi raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub. Bununla əlaqədar Yaponiya hökuməti Pxenyana kəskin etirazını bildirib.
Trend-in məlumatına görə, bu barədə barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
"KXDR-in bu cür hərəkətləri ölkəmizin sülh və sabitliyinə, eləcə də beynəlxalq ictimaiyyətə təhlükə yaradır. Buraxılış BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub, bununla bağlı biz kəskin etirazımızı bildirdik",- deyə baş katib qeyd edib.