Bakı. Trend:
Bəzi sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin vəziyyəti ilə bağlı yazılanlar həqiqətə uyğun deyil.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.
"İctimai rəyi manipulyasiya etməyə yönəlmiş əsassız iddialara etibar etməyin", - deyə açıqlamada bildirilir.