...

Seçkilərdə məğlub olan Kamal Kılıçdaroğlu toxunulmazlığını itirib

Dünya xəbərləri Materials 18 İyun 2023 22:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə keçirilən prezident və TBMM Ümumi Seçkilərində məğlub olan, CHP sədri Kamal Kılıçdaroğlu toxunulmazlığını itirib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin Ankara Baş prokurorluğu tərəfindən Kılıçdaroğlunun 30-a yaxın sənədi müvafiq qurumlara göndərilib.

Şikayətlər müvafiq idarələr tərəfindən araşdırılacağı və sübutlar toplandıqdan sonra məhkəməyə müraciət olunacağı bildirilib.

Qeyd edək ki, Kılıçdaroğluna qarşı “Prezidenti təhqir etmək”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək”, “təhdid”, “böhtan”, “təhqir”, “terror təşkilatı təbliğatı” və “təşkilatçılıq” ittihamları ilə bağlı şikayətlər edilib.

Xatırladaq ki, seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti