...

Fransada 17 yaşlı gənci qətlə yetirən polislə bağlı QƏRAR

Dünya xəbərləri Materials 6 İyul 2023 14:12 (UTC +04:00)
Fransada 17 yaşlı gənci qətlə yetirən polislə bağlı QƏRAR

Bakı. Trend:

Fransada Apellyasiya Məhkəməsi yol patrulunun tələblərinə əməl etmədiyi bəhanə gətirilərək 17 yaşlı əlcəzairsilli yeniyetməni güllələyərək öldürən polis məmurunun həbsi barədə qərarı qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, iclasda videobağlantı vasitəsilə iştirak edən polis əməkdaşının həbsxana kamerasından azadlığa buraxılması tələbini rədd edib

Qeyd edək ki, iyunun 27-də Parisin ətrafı Nanter qəsəbəsində 17 yaşlı sürücü yol polisitərəfindən qətlə yetirilib. Bu hadisə bütün ölkədə iğtişaşlara səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti