Bakı. Trend:
Yelisey sarayına naməlum şəxs(lər) tərəfindən məktub göndərilib.
Trend xəbər verir ki, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində qəbul edib. Məktuba baxış zamanı oradan kəsilmiş insan barmağı aşkar edilib.
Hadisə iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi artıq tapılıb.
Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.