...

Məqsədimiz nəticəyönümlü investisiyaları artırmaqdır - Cevdet Yılmaz

Dünya xəbərləri Materials 21 İyul 2023 10:57 (UTC +04:00)
Məqsədimiz nəticəyönümlü investisiyaları artırmaqdır - Cevdet Yılmaz

Bakı. Trend:

Məqsədimiz nəticəyönümlü investisiyaları artırmaqdır.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Türkiyə və İstanbul İqtisadi Gündəmi” adlı toplantıda çıxışı zamanı deyib.

"Orta müddətli proqramda biz dövlət siyasətini makro göstəricilərlə və bu çərçivədə birbaşa resurs bölgüsü ilə yeniləyəcəyik. Sənayedə transformasiya və yaşıl enerji məsələləri gündəmimizdə qalır. Prezident Rəcəb Tayyib Ərdoğanın S.Ərəbistanı, BƏƏ və Qətərə səfəri nəticəsində həm ikitərəfli ticarət həcmini, həm də birbaşa investisiyaları artıracaq tarixi əməkdaşlığa imza atılıb. Ölkəmizdə təkcə müdafiə sənayesi və qida sahəsində deyil, həm də texnologiya yönümlü sektorda əlavə imkanlar yaranacaq", - deyə o əlavə edib.

Bundan əlavə, o qeyd edib ki, ölkənin altı aylıq ixracatı 123,4 milyard dollar səviyyəsindədir və Türkiyənin ixracatda olan artım dəyərlərinin xarici bazardakı gedişatlara bağlı olaraq yavaşlamasına baxmayaraq cari ili keçən ilə nəzərən daha da böyük ixracat rəqəmləri ilə bitirməyi hədəfləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti