...

Qara dəniz taxıl təşəbbüsünün davamını təmin edəcəyik - Ərdoğan

Dünya xəbərləri Materials 21 İyul 2023 16:36 (UTC +04:00)
Qara dəniz taxıl təşəbbüsünün davamını təmin edəcəyik - Ərdoğan
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qara dəniz taxıl təşəbbüsünün davamını təmin edəcəyik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən dönüşü zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Nəticə etibarilə bu cür həyati bir təşəbbüsün davam etdirilməsi bəşəriyyətin xeyrinədir. Diplomatiyanın bütün vasitələrindən istifadə etməklə bütün səylərimizi bu məsələyə yönəldəcəyik. Müharibə şəraitində bəşəriyyətə xidmət edən bir kompromis əldə edildi və biz bunu davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Türkiyəyə qayıdandan sonra cənab Putinlə danışıqlar aparacağam. Əvvəlcə telefon diplomatiyasından istifadə edəcəyik. Cənab Putinin avqust ayında Türkiyəyə planlaşdırılan səfəri baş tutarsa, bu məsələləri bütün təfərrüatları ilə müzakirə edəcəyik. İnanıram ki,müddət uzanmadan Qara dəniz taxıl təşəbbüsünün davamını təmin edəcəyik", - o, deyib.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti