...

ABŞ-də məktəbdə 3 nəfəri silahla yaralayan gənc 12 illik həbs olundu

Dünya xəbərləri Materials 25 İyul 2023 14:19 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki orta məktəbdə silahla 2 şagirdi və bir müəllimi yaralayan 19 yaşlı Timoti Simpkins 12 il həbs cəzasına məhkum edilib.

Trend xəbər verir ki, cinayətə təşəbbüs göstərmə ittiihamı ilə ömürlük həbsi tələb olunan Simpkins məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmədə silahı sırf özünü qorumaq məqsədilə gəzdirdiyini iddia edən Simpkins 15 yaşlı Zakxey Selbinin sinfə girərək onu döyməyə başladığını deyib.

Çox peşman olduğunu bildirən Simpkins ikinci bir şans istəyib.

Timoti Simpkins 6 oktyabr 2021-ci ildə Timbervyu məktəbində 15 yaşlı Selbi ilə mübahisə edib. Mübahisə əsnasında Simpkins Selbiyə 3 dəfə atəş açıb, hadisə zamanı başqa bir şagird və bir müəllim də yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti