Bakı. Trend:
ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.
Trend bu barədə FES-in açıqlamasına istinadən xəbər verir.
“Komitə (Açıq Bazar Komitəsi) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, - məlumatda deyilib.
ABŞ Federal Ehtiyat Sistemi qeyd edib ki, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir.