Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 31-də üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə virtual sessiyasını keçirəcək.
Trend təşkilatın saytına istinadla xəbər verir ki, bu sessiya Səudiyyə Ərəbistanı Krallığının tələbi əsasında təşkil ediləcək.
İslam ölkələrinin nazirlər 14-cü İslam Zirvə görüşü ərəfəsində İsveç və Danimarkada “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması ilə bağlı təkrarlanan hadisələri müzakirə edəcəklər.
Sessiyada İƏT-in Baş katibi Hissein Brahim Taha dünya ölkələrinə müraciət edəcək.