...

Türkiyənin enerji ehtiyacının 2,5 faizi Yeniköy - Kəmərköy İES-dən təmin edilir

Dünya xəbərləri Materials 28 İyul 2023 20:44 (UTC +04:00)
Türkiyənin enerji ehtiyacının 2,5 faizi Yeniköy - Kəmərköy İES-dən təmin edilir

Bakı.Trend:

Türkiyənin enerji ehtiyacının 2,5 faizi Yeniköy - Kəmərköy İstilik Eelektrik Stansiyasından təmin edilir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə son illərdə təkcə özünə deyil, həm də region ölkələrinin enerji təchizatı təhlükəsizliyinə töhfə verir.

Daxili resurslar hesabına Türkiyə xüsusilə pandemiya dövründə dünyada baş verən enerji böhranının təsirlərinə məruz qalmadı.

Yerli mənbələrdən elektrik enerjisi istehsalının 60 faizə yaxınlaşdığı bir zamanda Yeniköy - Kəmərköy İES Türkiyədə xüsusi əhəmiyyətli obyektlərin başında yer alır.

Məlumat üçün qeyd edək ki, elektrik stansiyası hər gün iki milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatına uyğun elektrik enerjisi istehsal edir.

Stansiyada əksəriyyəti yerli sakinlərdən ibarət 3100 nəfər işçi işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti