Bakı. Trend:
Ölkənin bir çox şəhərində minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.
Trend-in məlumatına görə, Təl-Əvivdə 80 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.
Aksiyalar zamanı xuliqanlıq etdiyinə görə onlarla insan saxlanılıb.