Bakı. Trend:
ABŞ-ın Florida ştatının Qeynsvill şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı polisə istinadən bildirib.
Məlumata əsasən, hadisə Florida Universitetinin şəhərciyi yaxınlığındakı ticarət alleyasında baş verib. Yaxınlıqda olan polis əməkdaşları atəş səslərini eşidib hadisə yerinə gəliblər.
Hazırda şübhəli bilinən şəxs saxlanılmayıb, onun şəxsiyyəti müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.