Bakı. Trend:
ABŞ-ın Miçiqan ştatında ticarət mərkəzinin parklanma yerində baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, xəsarət alanların yaşı 16-26 arasında dəyişirdi. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları bir qrup şübhəli bilinən şəxsi saxlayıb və onlardan odlu silahları götürüblər.