...

ABŞ qoşunlarını Nigerdən çıxarmağı planlaşdırmadığını bildirib

Dünya xəbərləri Materials 8 Avqust 2023 01:58 (UTC +04:00)
ABŞ qoşunlarını Nigerdən çıxarmağı planlaşdırmadığını bildirib

Bakı. Trend:

ABŞ hakimiyyəti hazırda Nigerdən öz ordusunu çıxarmağı planlaşdırmır, Vaşinqton bununla bağlı müvafiq sorğular almayıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

"Mən hazırda ABŞ ordusunun ölkədən çıxarılması ilə bağlı hər hansı sorğunu izləmirəm. Qeyd etdiyim kimi, qüvvələrimizin düzülüşü heç bir şəkildə dəyişməyib. Yenə də diqqətimizi qüvvələrimizi qorumağa və həmin ölkədəki bazalarda Nigeriya hərbçiləri ilə işləməyə yönəlmişik ki, bu bazaları işlək vəziyyətdə saxlayaq", - deyə o qeyd edib.

P.Rayder vurğulayıb ki, Amerika tərəfi Nigerdə vəziyyətin ​​"hazırda diplomatik yolu ilə həllinə yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti