Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayış nəticəsində yaralananların sayı 45-ə çatıb.
Trend xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
xxx
13:36
Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayış nəticəsndə yaralananların sayı 38-ə çatıb.
Trend xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
xxx
Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayış nəticəsində yaralananların sayı 31-ə çatıb.
Trend xəbər verir ki, yaralananlardan 19-u hospitala yerləşdirilib.
xxx
12:33
Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bu saata olan məlumatlara görə, xəsarət alanların sayı 16 nəfərdir.
"Partlayış Zaqorsk optik-mexanika zavodu ərazisində, qazanxana hissəsində baş verib. Partlayış dalğasından ətrafdakı bir neçə binanın şüşələri sınıb", - məlumatda deyilir.
Qeyd edək ki, Sergiyev Posad Moskvadan təqribən 50 km şimal-şərqdə yerləşir.