Bakı. Trend:
Rusiyanın Kaluqa vilayətinin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemi pilotsuz uçuş aparatını (PUA) vurub.
Trend xəbər verir ki, bunu vilayətin qubernatoru Vladislav Şapşa deyib.
"Bu gün gecə Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemi işə salınıb. Bir PUA vurulub", - o bildirib.
Qubernator insanların və infrastrukturun zərər görmədiyini deyib.
Qeyd edək ki, ötən gün Kaluqa hava limanının hava məkanı təhlükəsizlik məqsədilə bağlanıb.