Bakı. Trend:
Almaniyanın Offenbax şəhərində tullantıların təkrar emalı şirkətinin ərazisində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi şəhər administrasiyasının nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, bir neçə kiçik partlayış səsləri eşidilib. Hadisə yerindən bir çox kilometr məsafədə, o cümlədən qonşu Frankfurt-am-Mayndə tüstü sütunu görünür.
Offenbaxdan Frankfurt-Maynə gedən hissədə qatarların hərəkəti dayandırılıb.