...

Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik - Ərdoğan

Dünya xəbərləri Materials 21 Avqust 2023 10:36 (UTC +04:00)
Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik - Ərdoğan

Bakı. Trend:

Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard dollara çatdırmağı hədəfləyirik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə ilə Macarıstan arasında köklü və möhkəm dostluq münasibətlərinə əsaslanan geniş əlaqələr var. Macarıstanla əlaqələrimizin bütün sahələrində mühüm irəliləyiş əldə edirik", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, dünən Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə və Macarıstanın ikitərəfli ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti