Bakı. Trend:
İsraildə İordan çayının qərb sahilində Hebron şəhəri yaxınlığında terror hücumu olub.
Trend İsrail mediasına istinadən xəbər verir ki, 40 yaşlarında bir qadın avtomobildə güllələnərək qətlə yetirilib.
Maşını idarə edən 40 yaşlı kişi ağır yaralanıb. Avtomobildə, həmçinin, 6 yaşlı uşaq da olub, lakin o heç bir xəsarət almayıb.
Hadisə ilə əlaqədar olaraq ərazidən çıxışa məhdudiyyət qoyulub və bütün yollar bağlanıb və nəzarətə götürülüb.
Qeyd edək ki, bu ilin əvvəlindən indiyə qədər terror hücumlarında 34 israilli həlak olub.