...

Putin "G20" sammitində iştirak etməyəcək

Dünya xəbərləri Materials 25 Avqust 2023 14:55 (UTC +04:00)
Putin "G20" sammitində iştirak etməyəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin "G20" ("Böyük İyirmilik") ölkələrinin sammitində iştirakla bağlı planları yoxdur.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Prezidentin bu cür planları yoxdur. Bildiyiniz kimi, prezident BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) sammitində onlayn iştirak edib, hazırda onun qrafiki doludur", - Kremlin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, "Böyük İyirmilik" 19 ölkədən və Avropa İttifaqından ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Almaniya, Fransa, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası (CAR), Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Hazırda "G20"yə Hindistan sədrlik edir. "G20" ölkələrinin növbəti, 18-ci sammiti 9-10 sentyabr tarixlərində Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti