...

Bəzi ölkələrdə COVID-19-a yoluxma və ölüm hallarının sayı artır - ÜST

Dünya xəbərləri Materials 26 Avqust 2023 06:17 (UTC +04:00)
Bəzi ölkələrdə COVID-19-a yoluxma və ölüm hallarının sayı artır - ÜST
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada koronavirusun yayılma hallarının ümumi azalması fonunda bəzi ölkələrdə koronavirusa yoluxma, bununla bağlı xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı artır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenvrədə brifinq zamanı deyib.

Onun sözlərinə görə, COVID qlobal sağlamlıq təhlükəsi olaraq qalır.

"ÜST-ə bildirilən məlumatlara əsasən, yoluxma halların sayı azalmaqda davam etsə də, bəzi ölkələrdə xəstəxanaya, reanimasiya şöbələrinə yerləşdirmə və ölüm hallarının artdığını müşahidə edirik", - deyə o bildirib.

Qebreyesus qeyd edib ki, ÜST bütün ölkələri EG.5 və BA.2.86 kimi yeni variantların yayılma riskinin qiymətləndirilə bilməsi üçün nəzarəti və hesabatlılığı gücləndirməyə çağırmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti