...

Moskvaya daha bir PUA hücumu olub

Dünya xəbərləri Materials 26 Avqust 2023 09:21 (UTC +04:00)
Moskvaya daha bir PUA hücumu olub

Bakı. Trend:

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha bir pilotsuz uçan aparatını (PUA) vurublar.

Trend xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat yayıb.

“Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.

Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti