...

“SpaceX” kosmosa missiya göndərdi

Dünya xəbərləri Materials 26 Avqust 2023 16:27 (UTC +04:00)
“SpaceX” kosmosa missiya göndərdi

Bakı. Trend:

“SpaceX” şirkətinin “Crew Dragon” idarəedici kosmik gəmisi ilə “Falcon 9” daşıyıcı aparatı Kennedi Kosmik Mərkəzindəki (Florida ştatı) kosmodromdan Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb.

Trend xəbər verir ki, yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytında aparılıb.

Gəminin göyərtəsində “Crew-7” missiyasının ekipajı – “Roskosmos” kosmonavtı Konstantin Borisov, NASA astronavtı Jasmin Moqbeli, Avropa Kosmik Agentliyinin astronavtı, danimarkalı Andreas Moqensen və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Satosi Furukava var.

Kosmik gəminin BKS ilə birləşməsi avqustun 27-nə planlaşdırılıb. İlkin olaraq, “Crew Dragon” gəmisinin “Crew-7” missiyasının ekipajı ilə birlikdə buraxılması avqustun 15-nə planlaşdırılmışdı, lakin gəmi və reaktiv daşıyıcının sistemlərində əlavə yoxlamalarının aparılması üçün artıq bir neçə dəfə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti